"Qadınlar onları güldürən kişiləri xoşlamır" - aforizmlər

"Qadınlar onları güldürən kişiləri xoşlamır" - aforizmlər
2271 dəfə oxunub
  • A-
  • A
  • A+

Qadın ziddiyyətli varlıqdır. Əsrlərdir onun haqda çoxlu romanlar, şeirlər yazılıb, mahnılar bəstələnib, gözəl incəsənət nümunələri yaradılıb.

Amma bütün hallarda qadının sirrini çözmək heç kəsə nəsib olmayıb. Təsadüfi deyil ki, dahi Ziqmund Freyd də ömrünün axırına kimi qadının nə istədiyi sualına cavab tapmadığını deyib.

Axşam.az qadınlar haqda deyilmiş ən maraqlı aforizmləri təqdim edir:

Andre Morua - Qadınla keçirilmiş vaxtı itirilmiş vaxt saymaq olmaz.

Kiplinq – Qadının intusiyası kişinin əminliyindən daha dəqiqdir.

Tolstoy - Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yenidir.

Remark - Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

Henrix Heyne - Qadınlar bizi xoşbəxt etməyin bir yolunu, bədbəxt eləməyin min yolunu bilirlər.

Oskar Uayld - Qadın həyat yoldaşını daha az sevməli, daha çox anlamalıdır. Kişi isə həyat yoldaşını daha çox sevməli, daha az anlamalıdır.

Viktor Hüqo - Qadınlar zəifdir, amma analar güclüdür.

Koko Şanel - Bir qadın otuz yaşına çatanda arxasıyla üzü arasında seçim etməlidir.

Remark- Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir.

Napoleon – Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür. Birincisi bərbəzək, ikincisi isə xəzinədir.

Can Dündar – Qadınların onları güldürən kişilərdən xoşları gəlir sözü yalandır. Çünki, qadınlar sadəcə bəyəndikləri kişilərə gülərlər.

Dostoyevski – Qadın hər ehtiyacını ödəyən bir kişi arzulayır. Kişi isə bir ehtiyacını ödəyən hər qadını.

Pablo Neruda – Bir qadın deyəcəyi çox şey olduğu halda susursa, kişi artıq bütün şansını itirmişdir.