İvana Sərtin filmi təqdim olundu - fotolar

İvana Sərtin filmi təqdim olundu - fotolar
1978 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktyor İlker Ayrıkın özünü ilk dəfə rejissor kimi sınadığı "Yapışık kardeşler" ("Birləşmiş qardaşlar") filminin qala gecəsi baş tutub.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, gecədə Türkiyənin məşhurları işitrak ediblər. "İki qat komediya, iki qat qəhqəhə" sloqanıyla təqdim olunan filmin baş rollarında İ.Ayrık və model İvana Sərt çəkilib.

İki minə yaxın qonağın iştirak etdiyi gecədə filmin musiqisi olan və Suzan Kardeşin səsləndirdiyi "Arabamın atları" mahnısı ilə salona girən aktyorlar qonaqları əyləndiriblər.

Təqdimatda modelyer Nur Yerlitaş, müğənni Hakkı Bulut, rejissor Birol Güven, aparıcı Şoray Uzun, aktrisa Ayşe Tolga, aktyor Murat Ünalmış və digər məşhurlar qonaq olublar.