Castin Biber üzr istədi - video

Castin Biber üzr istədi - video
1239 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər zaman qalmaqalları ilə gündəmə gələn kanadalı müğənni Castin Biber “Facebook” səhifəsində video paylaşaraq son bir il ərzində baş verənlərə görə üzr istəyib.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, qaranlıq otaqda çəkilən, musiqiçinin üzünün görünmədiyi videoda Castin Biber fanatlarına səslənərək heç nəyin göründüyü kimi olmadığını deyib:

“Hər kəs mənim təkəbbürlü və özünü bəyənən biri olduğumu düşünür. Əslində isə belə deyil”.

Castin insanların onun haqqında pis düşünmələrindən qorxduğunu bildirib:

“Bəzən olmadığımız kimi görünürük. Bu sadəcə əsl kimliyimizi, əsl hisslərimizi gizlətmək üçündür. Belə gənc yaşda sənət dünyasının içində olmaq çox çətindir. Davranışlarımın qəribə olduğunu bilirəm. Əslində isə mən bütün insanlara dəyər verirəm. Heç nəyi vecinə almayan bir uşaq kimi görünmək istəmirəm. Mən o deyiləm. Amma hər şey keçmişdə qaldı. Çalışacam insanlarda bundan sonra yaxşı təəssürat yaradım, centlmen olum”.