"Şikayətlərini gedib Allaha etsinlər" - Brilliant

"Şikayətlərini gedib Allaha etsinlər" - Brilliant
2198 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Brilliant Dadaşova “5/5” verilişində özünü “musiqinin anası” adlandırıb.

Axşam.az-ın məlumatına görə, müğənni haqqında deyilən “Gənc ifaçıların yolunu kəsir” fikrinə də münasibət bildirib:

“Musiqini gözəl bilirəm, tələbələrim var. Mənə bu sənətdə heç kim maneə törədə bilməz. Mən musiqinin anası, atasıyam. Fəxrlə demək istəyirəm ki, tək müğənni yox, musiqiçi də yetişdirirəm. Mənim boğazlarımdan istifadə edənlərə isə əsəbləşmirəm. Maneə törətdiyim ifaçılar günahı məndə axtarmasınlar. Günahkar özləridir. Gedib üzərlərində çalışsınlar. Özlərini təkmilləşdirsinlər. Məni onların yolunu kəsməkdə ittiham etməsinlər. Allah mənə istedad verib. Şikayətlərini gedib Allaha etsinlər ki, onlara istedad verməyib. Bu sənətdə məni təkrarlayan çoxdur. Onlarınkı sənət yox, parodiyadır”.

Sənətdəki rəfiqələrindən danışan B.Dadaşova yeganə dostunun xalq artisti Zülfiyyə Xanbabayeva olduğunu deyib:

“Zülfiyyə ilə eyni universitetdə oxumuşuq. Sonra dostluq etmişik, bir-birimizin evinə gedib-gəlmişik. Hansısa verilişdə gəlib yanımda oturana rəfiqə deyə bilmərəm. Flora Kərimova ilə də münasibətim yaxşıdır. Amma mən onunla rəfiqə ola bilmərəm. Bizim aramızda məsafə var. Onu hər zaman qoruyub saxlayıram”.