“Fəxriyyə ilə Burakın sevgili olduğunu bilmirdim" - fotolar

“Fəxriyyə ilə Burakın sevgili olduğunu bilmirdim" -  fotolar
4731 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda türkiyəli kinematoqrafların lentə aldığı “Eşq sənə bənzər” filminin qala gecəsi keçirilib.

Axşam.az-ın məlumatına görə, filmdə baş rolu ifa edən aktyorlar Burak Özçivit, Səlim Bayraktar, aktrisa Fəxriyyə Evcən tamaşaçılarla birlikdə filmi izlədikdən sonra media nümayəndələrinin suallarını cavablandırıblar.
Ekran işindən söz açan B.Özçivit Bakıda da filmə çəkilmək istəyir.

“Biz Fəxriyyə ilə “Çalıquşu”nda, Səlimlə “Möhtəşəm yüz il”də bir araya gəlmişdik. Yenidən eyni layihədə yer almağı düşünürdük, amma bunun serial olmasını istəmirdik. Bu mövzu ağlımda var idi: balıqçı Əli ilə dondurmasatan Dəniz obrazını beynimdə həmişə canlandırırdım. Sonra bunu hekayə formasına salıb rejissor Tanər Elxana göstərdim. Beləcə film çəkmək qərarına gəldik. Fikrimdə çox hekayələr var. Bakıda da filmə çəkilmək istəyərəm” - deyə aktyor bildirib.

“Filmdəki gözəl sözləri həyatda sevdiyiniz qadına deyərsiniz” sualına aktyor belə cavab verib:

“Əgər hekayəni mən yazmışamsa, demək, sevdiyim xanıma asanlıqla o ifadələri söyləyə bilərəm”.

B.Özçivit bığ saxlamasının səbəbindən də danışıb:

“Çəkildiyim iki filmdə bığ lazım olduğuna görə saxladım. Daha sonra saqqal da buraxmalı oldum. Yenə də məni “bığlı” deyə təqdim edirlər. Bundan sonra çəkiləcəyim filmdəki rolum nəyi tələb etsə, o stildə olacağam”.

F.Evcən filmdə oxuduğu “Mənim gözüm səndə” mahnısından bəhs edib:

“Bura gələndə çox həyəcanlı idim. Tamaşaçıların sevgisini görəndən sonra bütün həyəcanım itdi. Burak filmə məndən çox baxıb. Montajında özü iştirak etmişdi. O mahnının bir hissəsini Burak da oxuyub. Biz ona klip çəkdirdik. Yaxın günlərdə təqdim edəcəyik. Sevənlərimizə bir sürpriz olacaq”.

S.Bayraktar isə “Filmin nümayişindən sonra zala baxdım, əksəriyyəti xanımlar idi. Hamısı da ağlayırdı. Bu əsl sevgidir”, - deyə bildirib.

Aktyor eyni zamanda həmkarlarının eşq macərasına da toxunub:

“Fəxriyyə ilə Burakın sevgili olduğunu bilmirdim. Qala gecəsində əl-ələ tutduqlarını gördüm. Baxdığımı hiss edib tez əllərini çəkdilər (gülür)”.

Foto: Qumru MUSTAFA