Meyxanaçı Vüqar kişi müğənniləri tənqid etdi

Meyxanaçı Vüqar kişi müğənniləri tənqid etdi
1991 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Vüqar Əbdülov bəzi sənət adamlarına irad tutub.

Axşam.az-ın məlumatına görə, sənətçi “Gün üzü” verilişində kişi həmkarlarının al-əlvan geyimlərini bəyənmədiyini söyləyib:

“Sosial şəbəkə istifadəçisiyəm. Başqa ifaçılar fotolar paylaşır: bu gün filan yerdəyəm, krevet yeyirəm, dincəlirəm. Bunları sevmədiyim üçün etmirəm. Bir də məndən tez-tez geyimlərim haqda soruşurlar. Mən o qədər də dəbli geyinən, zövqlü biri deyiləm. Min manata bir paltar almaqdansa, o qiymətə 300 manatdan 3 kostyum sifariş edərəm. Əsas odur səliqəli, ütülü olsun. Müğənnilər görürəm ki, məclisə al-əlvan rəngli pencəkdə gəlirlər. Onlara bir sözüm olur: bunun kişi üçün olanı varsa, mən də alardım. O cür geyimləri kişiyə yaraşdırmıram”.