“Qızım mənə “toppuş” deyir”

“Qızım mənə “toppuş” deyir”
2218 dəfə oxunub
  • A-
  • A
  • A+
İngiltərəli keçmiş futbolçu Devid Bekhem 3 yaşlı övladı Harperlə ata-qız münasibətindən bəhs edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Cimmi Kimmelin tok-şousuna qonaq olan futbolçu qızının onu “toppuş” adlandırdığını deyib:

“Onu çimizdirəndə mənə “Ata, mən səni çox sevirəm, amma səni xoşlamıram, sən elə toppuşsan ki!” dedi. Məncə, elə deyiləm”.

Devid zarafatla özünü evin “taksi sürücüsü” də adlandırıb:

“Oğlanları məktəbdən, qızımı bağçadan götürmək mənim öhdəmdədir. Evin taksi sürücüsüyəm. Amma bu xoşuma gəlir”.