Zamiq şəxsi həyatını gündəmə gətirəcək

Zamiq şəxsi həyatını gündəmə gətirəcək
2341 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Zamiq Hüseynov “Bir nəfərlik bilet” mahnısına klip çəkdirir.

Axşam.az-ın məlumatına görə, ekran işinin rejissoru Fərhad Əlidir. Sözləri MC Murada, musiqisi Emin Kərimiyə aid olan mahnının klipində Z.Hüseynov şəxsi həyatını əks etdirəcək. Bu haqda əməkdaşımızla söhbətində ifaçının prodüseri Elnur Həsənov deyib:

“Klip studiyada çəkilir. Dekorasiya qurulub. Burada Zamiqin şəxsi həyatı əks olunur. Ekran işində heç bir xanım rol almır. Kliplə yanaşı, Zamiqin yeni albomu da hazırlanır. Albomda dörd mahnı olacaq. Onları sənətdə sözünü demiş, çox sevilən bir xanım ifaçı ilə duet şəklində oxuyacaq. Xanımın kimliyi hələ gizli saxlanılır. Amma hamını təəccübləndirəcək. Yaxın günlərdə Zamiqin həmin müğənni ilə fotoları yayımlanacaq”.

Elnur Z.Hüseynovun Türkiyədə də fəaliyyətə başlayacağını bildirib:

“Bu, daimi olmayacaq. Hərdən gedib orada mahnı oxuyub, klip çəkdirib, qayıdacaq. Birdəfəlik türk şou-biznesinə qatılmaq istəmir”.

Qeyd edək ki, Z.Hüseynov apreldə Heydər Əliyev Sarayında solo konsert verəcək.