Şokoladdan hazırlanmış Beyons - fotolar

Şokoladdan hazırlanmış Beyons - fotolar
1722 dəfə oxunub
  • A-
  • A
  • A+
Hər bir insan özünü müxtəlif formada ifadə edir. Kimisi bəstəkarlıqla məşğul olur, kimisi rejissorluq edir, kimisi də mahnı oxuyur... Rusiyalı rəssam Pavel Bondar isə özünü rəssamlıqda tapıb. Amma həmkarlarından fərqli olaraq, o, əsərlərini boyayla deyil, sous, spagetti, şokolad, şərab kimi qida məhsulları ilə çəkir.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, 24 yaşlı Pavel ilk dəfə kofe ilə rəsm çəkib. Yaradıcılığının sonrakı dövrlərində gənc rəssam digər qida məhsullarından istifadə etməyə başlayıb.

Rəssamın əsərlərindən bəzilərini təqdim edirik.