“Qızlarıma görə 3 il depressiyada qaldım”

“Qızlarıma görə 3 il depressiyada qaldım”
4261 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Almaz Ələsgərli qızlarına görə üç il depressiyada qalıb.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “Adam içində” verilişində danışıb. O, qızları haqda şayiələr yayıldığını və bunun ona pis təsir etdiyini bildirib:

“Biz sənət adamlarının qəlbi çox incədir. Gecə-gündüz çalışıb uşaqlarımızı böyüdürük. Övlada ağır söz deyəndə ana dəli olur. Mənim başıma gəlib. Qızlarımla bağlı xəbərlər çıxanda 3 il depressiyada qaldım. Toya gedirdim hamı üstümə gəlirdi, özümdə olmurdum. Güclə özümə gəldim. İnsanlara demək istəyirəm ki, övlada şər atmayın, Allahdan qorxun”.

Qeyd edək ki, A.Ələsgərlinin qızları Əminə və Mədinə ailə həyatı qurub və ayrılıb.