"Bu gözəlliyi heç nə əvəzləyə bilməz" - Leyla Əliyeva

"Bu gözəlliyi heç nə əvəzləyə bilməz" -  Leyla Əliyeva
6734 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva baş redaktoru olduğu “Baku” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, Avstraliya səfəri ilə bağlı təəssüratlarını bölüşən L.Əliyeva Azərbaycan təbiətinin gözəlliyini vurğulayıb:

“Bir daha əmin oldum ki, təbiətdə nə qədər çox vaxt keçirirsənsə, onu bir o qədər sevməyə başlayırsan. Bütün insanlar bunu duymalıdır. Buna görə də adamların təbiətdə çox vaxt keçirmələri lazımdır. Meşədə, dağlarda, çay kənarında əhval başqa cür olur, dünyanı başqa cür görür, başqa cür düşünürsən. İnsanla təbiət arasında sehirli qüvvə mövcuddur. Bu da insanın bütün düşüncəsini yeniləməsinə imkan yaradır. Təbiət qoynuna az çıxan insanlar çox düşünə, düzgün qərar verə bilməzlər. Heç bir böyük, dəbdəbəli bina bu gözəlliyi əvəzləyə bilməz. Afrika və Avstraliya səyahətindən sonra özümə söz verdim ki, Azərbaycanın hər bölgəsini gəzəcəyəm. Çünki bizim təbiətimiz yer üzünün ən gözəli yox, həm də yeganəsidir. Hər zaman başqa ölkədə olanda çox gözəllikləri görürsən, öz Vətənində isə yox. Planımda vətənimi gəzmək var. Gənclərdən ibarət komanda yığıb, ölkəni gəzib öyrənəcəyəm, bəzi şeyləri qorumağa çalışacağam. Təbiətə olan sevgimi və biliklərimi başqa insanlara da ötürəcəyəm”.