"Forbes"in siyahısındakı azərbaycanlılar

"Forbes"in siyahısındakı azərbaycanlılar
3630 dəfə oxunub
  • A-
  • A
  • A+

“Forbes” jurnalının Rusiya versiyası ölkənin əmlak bazarının 30 liderinin siyahısını dərc edib.

Modern.az jurnala istinadən xəbər verir ki, siyahıda 2014-cü ildə kommersiya obyektlərinin icarəyə verilməsindən ən çox gəlir götürən biznesmenlərin adı daxil edilib.

Siyahının ilk pilləsində əslən Azərbaycandan olan biznesmenlər Zarah İliyev və Qod Nisanov qərarlaşıb. Onlar ötən il ərzində özlərinə məxsus “Foof City” kənd təsərrüfatı bazarından, “Redisson Moscow Royal” mehmanxanasından və “Avropa” ticarət mərkəzinin icarəsindən,  ümumilikdə 1,4 milyard dollar gəlir əldə ediblər. Əslən Qubanın Qırmızı qəsəbəsindən olan yəhudi əsilli biznesmenlər Rusiyada 1,2 milyon kvadrat metr əmlaka sahibdirlər. 

“Forbes” jurnalının tərtib etdiyi reytinqin 8-ci pilləsində daha bir soydaşımız qərarlaşıb. “Krokus” şirkətlər qrupunun sahibi olan Araz Ağalarov ötən il obyektlərini icarəyə verməklə 370 milyon dollar gəlir əldə edib. Əsas gəliri “Krokus Ekspo” sərgi mərkəzi (680 min kvadrat metr) və “Vegas” ticarət mərkəzi (145 min kvadrat metr) təmin edib. Xatırladaq ki, 2013-cü ildə  Araz Ağalarov ən böyük icarədarlar siyahısına başçılıq edirdi. 

Bundan başqa, siyahıda Çukotka vilayətinin keçmiş qubernatoru Roman Abramoviç, türkiyəli biznesmen Erman İlıcak, Türkiyənin “Enka”, ABŞ-ın “Goldman Sacks”, Avstriyanın “İmmofinans” və İsveçin “İKEA” şirkətləri də var.