Elçin Əfəndiyevin diplomat qızı - fotolar

Elçin Əfəndiyevin diplomat qızı - fotolar
5125 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Axşam.az xəbər verir ki, modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Azərbaycan baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızı Günay Əfəndiyeva barəsindədir.

Baş nazirin digər müavini Elçin Əfəndiyev müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri və eyni zamanda ictimai və dövlət xadimidir.

13 May 1943-cü ildə XX əsr Azərbayçan ədəbiyyatının böyük nümayəndələrindən biri, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub.

Elçin Əfəndiyev Bakı Dövlət Universitetinin filologiya fakültəsini, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasını bitirib, "Azərbaycan bədii nəsri ədəbi tənqiddə" mövzusunda namizədlik, "Ədəbiyyatda tarix və müasirlik problemi" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Əsərləri müxtəlif xarici dillərə tərcümə edilib.

E.Əfəndiyev Azərbaycan ədəbiyyatına “60-cı illər nəsli”adlandırdığı nəslin nümayəndələrindəndir. 80-cı illərin sonunda onun rəhbərlik etdiyi “Vətən” Cəmiyyəti Azərbaycanda mühacirət tarixinin xeyli qaranlıq məqamlarına işıq saldı.. Cəmiyyətin nəşri olan “Odlar Yurdu”qəzetində İkinci Dünya müharibəsi nəticəsində vətəndən didrəgin düşən, vətən xaini” adının xofu altında gizlənən soydaşlarımızı üzə çıxarılmasında, ailələri ilə əlaqələr yaratmaqda əhəmiyyətli rol oynayıb. 

Azərbaycan Ali Sovetinin deputatı olub.

Elçin Əfəndiyev həm də Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin sədri vəzifəsində çalışır. Bakı Dövlət Universitetinin professorudur. Bir sıra Dövlət Komissiyalarının sədri, nüfuzlu Azərbaycan və beynəlxalq ədəbi, ictimai qurumların üzvüdür.

1993-cü ildən Baş nazirin müavini vəzifəsini tutan Elçin Əfəndiyev artıq 22 ildir eyni postu tutur.

Elçin müəllimin üç qızı var – Humay, Günay və Aysu… Yazıçı əsərlərindən birini qızlarının şərəfinə “Aysunun, Humayın, Günayın, Yalçının və Nigarın nağılları” adlandırıb.

Modern.az-a məlum olub ki, Bakıda doğulan və uşaqlıqdan mədəniyyət və incəsənət mühitində böyüyən Günay Əfəndiyeva əvvəlcə Bülbül adına Musiqi məktəbini qızıl medalla bitirib. Daha sonra Azərbaycan Tibb İnstitutunun qırmızı diplomlu məzunu olub. Az bir müddətdə ixtisası üzrə işləyən G.Əfəndiyeva sonra Türkiyədə diplomatik fəaliyyətə başlayıb. Belə ki, o, 2004-cü ildə Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda işə qəbul edilib və bununla da Günay Əfəndiyevanın diplomat karyerası başlayıb.

G.Əfəndiyeva 4 il (2004-2008) Azərbaycan Respublikasının İstanbuldakı konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb.

Daha sonra o diplomatik fəaliyyətini Azərbaycanda davam etdirib. Belə ki, o, İstanbuldakı faəliyyətini başa vurub Bakıya qayıdandan sonra YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi vəzifəsinə təyin olunub.

G.Əfəndiyeva hazırda da bu postda-YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasının birinci katibi olaraq çalışmaqdadır.

Qeyd edək ki, bu qurum Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində yerləşir. Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış YUNESKO üzrə Azərbaycanın Milli Komissiyasına xarici işlər naziri Elmar Məmmədyaroc sədrlik edir. Milli Komissiya Azərbaycanın YUNESKO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir.

Günay Əfəndiyeva müsahibəsində atası Elçin Əfəndiyevin yaradıcılığından danışarkən “O, hər mənada mənim üçün ideal bir yazıçıdır. Yüksək səviyyəli bir yazıçıdır, insandır, atadır”,-deyə bildirib.