Elçin Əzizov Nyu-Yorkda çıxış edib

Elçin Əzizov Nyu-Yorkda çıxış edib
1077 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist, Rusiya Dövlət Akademik Böyük Teatrının solisti Elçin Əzizov Nyu-Yorkun “Metropoliten-opera” səhnəsində P.İ.Çaykovskinin “İolanta” operasının premyerasında çıxış edib.
 
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, E.Əzizov “İolanta” operasının əsas rollarından biri olan mavritaniyalı həkim Ebn Hakianın partiyasını canlandırıb.
 
Premyerada Elçin Əzizovla yanaşı, dünyanın ən yaxşı opera ifaçılarından olan Anna Netrebko da çıxış edib.
 
Premyerada ABŞ-da səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
 
Qeyd edək ki, Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində təhsil alıb. 2008-ci ildən Böyük Teatrın opera truppasının solistidir.