Məşhur əsər yenidən ekranlaşdırıldı - video

Məşhur əsər yenidən ekranlaşdırıldı - video
1551 dəfə oxunub
  • A-
  • A
  • A+

Yazıçı Qustav Floberin "Madam Bovari" əsərinin motivləri əsasında yeni film çəkilib.

Axşam.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, fransız rejissor Sofi Bartezin ekranlaşdırdığı filmin baş rolunda Mia Vasikovska, digər rollarda isə Ezra Miller, Ris Avans, Laura Karmaykl və digərləri oynayıblar.

2015-ci ilin ikinci yarısında təqdim olunacaq filmin artıq ilk treyleri yayılıb.

Qeyd edək ki, "Madam Bovari" klassik dünya ədəbiyyatının ən yaxşı əsərlərindən hesab olunur. Q.Floberin bu romanı əsasında daha əvvəl 1949-cu ildə rejissor Vinsent Minnelli, 1991-ci ildə isə Klaud Kabrol film çəkiblər.