Könül Kərimova göz yaşlarını saxlaya bilmədi - video

Könül Kərimova göz yaşlarını saxlaya bilmədi - video
4046 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Könül Kərimova əməkdar artist Məhəbbət Kazımovun ölümü ildönümü münasibətilə onun məzarını ziyarət edib.

Axşam.az-ın məlumatına görə, K.Kərimova Xəzər TV-də yayımlanan "Starlife" verilişində sənətkarla bağlı xatirələrini bölüşüb. O, “Belə qəmli dayanma” mahnısından bir parça səsləndirərək göz yaşlarını saxlaya bilməyib:

“Ondan ölmüş biri kimi danışmaq mənə çox ağırdır. Ölümündən bir həftə qabaq ona zəng vurdum ki, verilişimə dəvət edim. Gördüm mənə xırıltılı səslə cavab verdi. Elə bildim yuxudan təzə oyanıb. Sonra mənə dedi ki, Könül, mən Türkiyədə müayinədəyəm. İnşallah, sağ-salamat qayıdım, səninlə əlaqə saxlayacam. Azərbaycana gəldi, ancaq gəlməyi ilə də bu xəbəri eşitdik. Kaş doğulduğu Laçını görüb gedərdi”.

Qeyd edək ki, Məhəbbət Kazımov 2014-cü il, yanvarın 27-də dünyasını dəyişib.