Tanınmış reper həbs olundu

Tanınmış reper həbs olundu
1356 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın məşhur reperi Marion Nayt həbs olunub.

Axşam.az-ın xarici mediaya istinadən xəbərinə görə, Dr.Dre, Tupak Şakur, Snup Doq kimi tanınmışlarla işləyən reper avtomobili ilə vurduğu bir nəfəri öldürməkdə, bir nəfəri isə ağır yaralamaqda günahlandırılır. 49 yaşlı Nayt qəzanı Kaliforniyada qatıldığı qala gecəsindən çıxarkən törədib və qaçıb.

Sənətçinin vəkili onun qarışıqlıqdan qaçmaq istəyərkən rastına çıxan insanları bilməyərəkdən vurduğunu söyləyib. Şahidlər isə Marionun bunu qəsdən etdiyini deyiblər.