İrina Şeyk Ronaldodan ayrıldıqdan sonra ilk dəfə - fotolar

İrina Şeyk Ronaldodan ayrıldıqdan sonra ilk dəfə - fotolar
3101 dəfə oxunub
  • A-
  • A
  • A+

Futbolçu Kriştiano Ronaldo ilə model İrina Şeykin ayrılmasından 1 ay ötüb.
 
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, bu müddət ərzində futbolçu bir neçə dəfə ictimaiyyət önünə çıxsa da, İrina Şeyk ortalıqda görünmürdü. Onu sadəcə İnstaqramdan izləmək mümkün idi.

Lakin rusiyalı model bu yaxınlarda nəhayət Meksikada kameralara tuş gəlib.

O, “Avon” brendinin yeni dodaq boyası kolleksiyasının təqdimetmə mərasiminə qatılıb. İrina tədbirə qırmızı dodaq boyası və qırmızı paltarda yollanıb.

Diqqətçəkən məqamlardan biri də İrina Şeykin tədbirə tək getməsi olub.

Qeyd edək ki, 29 yaşlı İrina Şeyk hazırda “Herakl” filminin çəkilişləri zamanı tanış olduğu aktyor Dueyn Consonla sevgilidir.