“iPhone 7” belə olacaq - fotolar

“iPhone 7” belə olacaq - fotolar
4852 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikanın “Apple” şirkətinin bu il buraxmağı planlaşdırdığı “iPhone 7” smartfonunun ehtimal olunan görünüşü və xüsusiyyətləri yayılıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Apple”ın yeni məhsulunun ekranı daha geniş olacaq və yanlara doğru əyiləcək.

Ön kameranın 5 meqapiksel, arxa kameranın isə 12 meqapiksel olacağı gözlənilir.

4,7 düyüm ekranlı telefon 5 GB Ram yaddaşa sahib olacaq. Bu isə indiki “Apple” smartfonlarından bir neçə dəfə daha güclü proqram təminatı deməkdir.

Ən əsası isə, “iPhone 7”-nin nazikliyinin 6,1 mm olacağı deyilir.

Qeyd edək ki, “Apple” şirkəti yeni smartfonları adətən sentyabrda təqdim edir.