Kral ailəsinin ən cəlbedici üzvləri bəlli oldu - fotolar

Kral ailəsinin ən cəlbedici üzvləri bəlli oldu - fotolar
2264 dəfə oxunub
  • A-
  • A
  • A+

Şahzadə Harri “Daily Mail” nəşri tərəfindən hazırlanan “Kral nəslinin ən məşhur və cazibədar üzvləri” siyahısında birinci yerə layiq görülüb.

Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, idmanla məşğul olan şahzadənin fiziki görünüşü, ictimai həyatdakı rolu, həmçinin aktiv xeyriyyəçilik fəaliyyəti xüsusi olaraq vurğulanıb.

İkinci yerdə isə İordaniya şahzadəsi Raniyə əl-Abdullah dayanır. Şahzadə təkcə öz ölkəsi üçün deyil, beynəlxalq əhəmiyyət kəsb edən fəaliyyəti ilə seçilir. Onun layihələri arasında vaksinlər, orqan köçürülməsi, dünyaya dəstək aksiyaları, beynəlxalq təhsil proqramları və s. var.

Üçüncü yerə isə İsveç şahzadəsi Karl Filipp və sevgilisi Sofi Hellkvist layiq görülüblər. Cütlük 2009-cu ildə Stokholmda gecə klublarının birində tanış olub. Buna qədər Sofi kişi jurnalında model işlədiyinə görə kral ailəsi bu münasibətə qarşı çıxırdı. Amma bu il onların toyunun olacağı gözlənilir.