Hazal Kayanın yeni serialdakı rəqibi - foto

Hazal Kayanın yeni serialdakı rəqibi - foto
7834 dəfə oxunub
  • A-
  • A
  • A+

Ha­zal Ka­ya və Aras Bu­lut İy­nem­linin baş rollarda çəkildiyi "Maral" serialının aktyor heyəti bəlli olur.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, serialın mənfi obrazlarından birini aktrisa Yağmur Tanrısevsin canlandıracaq. O, hər seriyaya görə 20 min lirə (təxmini 7 min manat) alacaq. Aktrisa ssenariyə əsasən H.Kayanın ən böyük rəqibi olacaq.

"Güneşi beklerken" serialı ilə karyerasına başlayan Tanrısevsin daha sonra "Kaçak"a transfer olunmuşdu. Orada çəkildiyi Haluk Bilginerin qızı obrazı ona daha çox uğur gətirib.

Qeyd edək ki, "Maral" serialı TV8 telekanalında yayımlanacaq.