Tanınmış serialın 5-ci mövsümünün treyleri+fotolar

Tanınmış serialın 5-ci mövsümünün treyleri+fotolar
1831 dəfə oxunub
  • A-
  • A
  • A+

Maraqla gözlənilən "Taxt oyunları" ("Game of Thrones") serialının yeni mövsümünün ilk treyleri yayılıb.

Axşam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, məşhur serialın 5-ci mövsümü aprelin 12-də başlayacaq.

Bu barədə serialın yayımlandığı HBO telekanalı məlumat verib. Treyler ilk dəfə ABŞ kinoteatrlarında İMAX formatda yayımlanıb. Eyni zamanda amerikalıların keçən mövsümün son iki seriyasını kinoteatrlarda fevralın 5-nə qədər bu formatda izləmək imkanları olacaq.

Qeyd edək ki, fevralın 8-də "Game Of Thrones: A Day in the Life" adıyla yarım saatlıq video yayımlanacaq. Videoda indiyə qədər olan və olacaq hadisələr, çəkiliş meydançalarından görüntülər təqdim ediləcək. Mini-seriyanın Şimali İrlandiya, Xorvatiya və İspaniyada təqdimatı olacaq.

Xatırladaq ki, "Taxt Oyunları" 2011-ci ildən ABŞ-ın HBO telekanalında yayımlanır.