Məşhur aktyorun təyyarədə səhhəti pisləşdi

Məşhur aktyorun təyyarədə səhhəti pisləşdi
1455 dəfə oxunub
  • A-
  • A
  • A+
“Harry Potter” silsilə filmlərindən tanınan şotlandiyalı aktyor Robbi Koltreyn xəstəxanaya yerləşdirilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədən ABŞ-a yollanan Robbi təyyarədə qəflətən özünü pis hiss edib. Pilotun mərkəzə məlumat verməsindən sonra aktyor hava limanından birbaşa xəstəxanaya aparılıb. Aktyorun vəziyyətinin hansı səbəbdən pisləşdiyi hələlik açıqlanmır. Həkimlər onun hansısa virusa yoluxduğunu ehtimal edib. Robbinin dostları isə onun uçuşdan əvvəl həddindən artıq spirtli içki qəbul etdiyini bildiriblər.