Hacı Nurana fəxri ad verildi - foto

Hacı Nurana fəxri ad verildi - foto
4624 dəfə oxunub
  • A-
  • A
  • A+

Uzun müddətdir Almaniyada xərçəng xəstəliyi ilə mübarizə aparan tanınmış teleaparıcı Hacı Nuran Hüseynov fəlsəfə magistri fəxri adı ilə təltif edilib.

Axşam.az ans press-ə istinadən xəbər verir ki, onu bu fəxri adı Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin (MDHİU) rektoru Vaqif Bayramov layiq görüb.

Hacı Nuran belə bir dərəcəyə layiq görülməsini sevinclə qarşılayıb. O, öz sevincini və minnətdarlığını belə bildirib:

"Ad günümdə gözəl bir sürpriz. Bu gün, yanvarın 31-də mənə dünyanın qabaqcıl universitetlərindən biri olan Moskva Dövlət Humanitar-İqtisadiyyat Universitetinin (MDHİU) rektoru, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Humanitar Elmlər Akademiyasının üzvü, professor, akademik Vaqif Bayramov tərəfindən fəlsəfə magistri fəxri adı təqdim edildi.

Təşəkkür etməyə acizəm. Minnətdaram Vaqif müəllim. Təqdimatı məhz bu gün ad günümdə etdiyiniz ücün Sizə ürəkdən "Çox sağ olun" deyirəm!".