Uitni Hyustonun qızı komaya düşdü

Uitni Hyustonun qızı komaya düşdü
2649 dəfə oxunub
  • A-
  • A
  • A+
Üç il əvvəl dünyasını dəyişən müğənni Uitni Hyustonun qızı Bobbi Kristina Broun evinin vanna otağında huşunu itirmiş halda tapılıb. 

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, ABŞ-ın cənub-şərqindəki Atlanta şəhərində yaşayan Bobbini həyat yoldaşı Nik Qordon dərhal xəstəxanaya aparıb. Həkimlər qızın süni komaya girdiyini deyib. Onlar Braunun qanında narkotik maddə və spirtli içki aşkarlanmadığını söyləyiblər. 

21 yaşlı qızın beynində şiş aşkarlanıb. Buna görə də süni komaya salınıb. 

Qeyd edək ki, Uitni Hyuston da qaldığı otelin vanna otağında ölü tapılmışdı.