Beş dəfə ailə quran aktyorun məşhur xanımları - fotolar

Beş dəfə ailə quran aktyorun məşhur xanımları -  fotolar
2915 dəfə oxunub
  • A-
  • A
  • A+
Əfsanəvi aktyor Uilyam Klark Qeyblin dünyaya gəlməsindən 114 il ötür. Rusiya mətbuatı bu münasibətlə ulduzun şəxsi həyatını araşdırıb, onun xanımlarından yazıb.

Axşam.az-ın məlumatına görə, həyatında bir çox xanım olan Qeybl beş dəfə rəsmi nikahda olub. 

Qeybl ilk dəfə 23 yaşında ailə qurub. Onun seçimi aktrisa Cozi Dillon olub. O, Klarkın rol aldığı filmlərdə aktyor heyətinə rəhbərlik edirdi. Toydan sonra Uilyamın işləri daha yaxşı getməyə başlayır. Hər kəs bu nikahın məqsədli olduğunu düşünürdü. Aktyor isə həyat yoldaşını sevdiyini və heç bir məqsədi olmadığını iddia edirdi. Qeybl və Cozinin ailə həyatı 6 il davam edir.

İlk uğursuz nikahından sonra Klark ikinci dəfə evlənir. O, yenə də özündən böyük, varlı və məşhur xanım seçir. Aktyor Marii Lenqemlə 17 il yaşayır. Ən böyük uğurlarını bu xanımla ailəli olan ərəfədə qazanır. Belə ki, Qeybl ilk ciddi rol təklifi alır, tanınmış film şirkəti ilə müqavilə imzalayır, "Oskar"a layiq görülür. 1939-cu ildə o, Retta Batler obrazını canlandırır. Elə bu ərəfədə həyatının ən böyük sevgisini tapır və həyat yoldaşından boşanır.



Növbəti həyat yoldaşı Kerol Lombartla Qeybl 1932-ci ildə "Çətin kişi" filminin çəkilişləri zamanı tanış olmuşdu. Həmin ərəfədə hər ikisi ailəli idi. Aktyor 1939-cu ildə rəsmi boşandıqdan sonra Lombarta evlilik təklif edir. Pərəstişkarları onların sevgisinə heyran idi. Onlar çox xoşbəxt yaşayırdılar, bir-birilərinə fərqli hədiyyələr bağışlayırdılar. Bir dəfə Kerol həyat yoldaşına ürək fotoları ilə bəzədilmiş maşın alır. Amma müharibə onların xoşbəxt ailə həyatına son qoyur. Kerol müharibəyə yardım üçün pul toplayan dəstəyə rəhbərlik edirdi. Lombartın mindiyi Las-Veqasa uçan təyyarə qəzaya uğrayır və o, ölür. Klark həyat yoldaşının ölümünü ağır keçirir. O, cəbhə bölgəsinə yollanır. Bir çox döyüş uçuşlarında iştirak edir və mükafat alır. 1943-cü ildə mayor rütbəsinə yüksəlir.





Müharibədən sonra aktyorun həyatında yeni mərhələ başlayır. 1949-cu ildə o, Silviya Eşli ilə qarşılaşır. Beş dəfə ərə gedən Eşlinin altıncı həyat yoldaşı Klark olur. Amma cütlük uzun müddət yola gedə bilmir, üç ildən sonra boşanır.



Qeybl sonuncu dəfə 1955-ci ildə ailə qurur. Aktyor bu dəfə özündən 17 yaş balaca olan model Key Uilyamsı seçir. Bu isə onun həyatında qeyri-adi hal deyildi. Belə ki, Klark özündən 30 yaş balaca olan Qreys Kelli ilə də sevgi yaşayıb.

1942-ci ildən sonrakı həyatında aktyor Kerol kimi qadın axtarır. Onun sonuncu ailə həyatı beş il davam edir. Məhz Key Uilyams ondan uşaq dünyaya gətirir. Amma Klark oğlunun üzünü görmür, dünyasını dəyişir. Əfsanəvi aktyorun yeganə varisi onun ölümündən 4 ay sonra doğulur.



Merlin Monro ilə birlikdə rol aldığı filmin çəkilişləri başa çatdıqdan sonra aktyor infarkt keçirir. Hollivudun sevimli siması 1960-cı ilin noyabrında dünyasını dəyişir. Onun ölümündən sonra böyük bir eranın sonu çatır - Hollivudun Qızıl əsri geridə qalır.