Tanınmış aktrisa dünyasını dəyişdi

Tanınmış aktrisa dünyasını dəyişdi
2231 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Ceraldin MakYuen vəfat edib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, "Miss Marpl Aqata Kristi" serialı ilə məşhur olan aktrisanın 82 yaşı var idi.

Bu haqda mediaya mərhumun yaxınları - oğlu Qreyq və qızı Klaudiya xəbər verib.

Ötən ilin oktyabrında insult keçirən Ceraldin uzun müddət idi ki, xəstə yatağından qalxa bilmirdi.

Qeyd edək ki, MakYuen 58 il aktrisa kimi fəaliyyət göstərib, 40 filmdə rol alıb. Onlar arasında "Robin Qurd: Oğrular şahzadəsi", "Maqdalina bacıları" kimi ekran işlərinin adını çəkmək olar. 1991-ci ildə isə o, "Yer üzündə təkcə portağallar yoxdur" filmindəki obrazına görə "Ən yaxşı aktrisa" nominasiyasında BAFTA mükafatını alıb.