İvanadan ayrıldı, ölkəni tərk etdi

İvanadan ayrıldı, ölkəni tərk etdi
3242 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan serb əsilli modelyer İvana Sərtdən ayrılan iş adamı Sinan Akıman ölkəni tərk edib.

Axşam.az-ın "Hürriyət"ə istinadən xəbərinə görə, Sinan 7 ay birlikdə olduğu sevgilisi ilə barışmağa cəhd etsə də İvana razılaşmayıb.

İş adamı modelyerin evinin yaxınlığında kirayə götürdüyü mənzilini boşaldıb, Los-Ancelesa köçüb. O, yaxın dostlarına "Bundan sonra Türkiyəyə qayıtmayacağam. Bura ancaq istirahət üçün gələcəm" deyib. Akıman əvvəlki evliliyindən dünyaya gələn oğlu Akın və qızı Dəfnənin də yaxın günlərdə Los-Ancelesa, onun yanına köçəcəyini söyləyib.

Keçmiş sevgilisinin ölkəni tərk etməsinə İvana münasibət bildirib. O, bu işdə özünü günahkar bilmədiyini söyləyib:

"Getməyi çoxdan istəyirdi. Uşaqlarının gələcəyini orada qurmağı planlaşdırırdı. Ayrılmağımız bu işi tezləşdirdi. Mənim heç bir günahım yoxdur".

Qeyd edək ki, cütlüyün ayrılmasına səbəb iş adamının İvananın geyimlərinə qarışması olub.