Barış Mançonun ölümündən 16 il ötür

Barış Mançonun ölümündən 16 il ötür
1147 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün məşhur türk musiqiçisi, rok, pop sənətçisi, televiziya aparıcısı Barış Mançonun ölümündən 16 il ötür.

Axşam.az-ın məlumatına görə, sənətkarın ölümü ildönümündə həyat yoldaşı Lalə Axıskalı, oğulları Doğukan və Batıkan onun məzarını ziyarət ediblər.

Qeyd edək ki, Barış Manço 1943-cü il, yanvarın 2-də İstanbulda anadan olub. Musiqiçi karyerasına ilk dəfə Qalatasaray liseyində başlayıb. İxtisası üzrə ali təhsilini isə Belçika Kraliyyət Akademiyasında alıb. 200-dən çox bəstəsi müğənniyə 12 qızıl, bir platin albom və kaset mükafatı qazandırıb. Alman, fransız, yunan, ərəb, bolqar və b. dillərdə oxuyub.

Hazırladığı televiziya proqramları ilə də dünyanın bir çox ölkəsində tanınıb. 1991-ci ildə Türkiyə Cümhuriyyəti Dövlət Sənətçisi tituluna layiq görülüb.

B.Manço “Gül pembe”, “Domates, biber, patlıcan”, “Yaz dostum”, “Unutamadım”, “Dağlar dağlar” və s. məşhur mahnıların ifaçısıdır.

1999-cu il, fevralın 1-də infarkt keçirərək dünyasını dəyişib.