Hamilə qadınlar təyyarədə uça bilərmi?

Hamilə qadınlar təyyarədə uça bilərmi?
3072 dəfə oxunub
  • A-
  • A
  • A+

Hamilə qadınların 37-ci həftədən sonra təyyarə ilə səyahət etməsi təhlükəlidir.

Axşam.az “BBC”-ə istinadən xəbər verir ki, bu barədə ingiltərəli ginekoloqların hamilə qadınlar üçün hazırladığı səyahət bələdçisində yazılıb.

Əkiz uşaqlara hamilə olan qadınlar isə 32-ci həftədən sonra təyyarəyə minməməlidirlər.

Hamiləliyin 28-ci həftəsindən sonrakı uçuşlarda gələcək ana öz yanında həkimlərin rəyini də götürməlidir. Amma hər bir aviaşirkətin özünün qaydaları mövcuddur.

Həkimlər həmçinin bildirir ki, düşmə riski olan hamiləlikdə hava nəqliyyatından istifadə təhlükəli deyil, amma yenə də məsləhət görülmür.

Təyyarədəki radiasiyanın, hava təzyiqinin və digər şərtlərin heç bir təhlükəsinin olmadığı da bildirilir.