Vitamin çatışmazlığını bunlarla aradan qaldır

Vitamin çatışmazlığını bunlarla aradan qaldır
2720 dəfə oxunub
  • A-
  • A
  • A+

Orqanizmdə vitamin çatışmazlığı «avitominoz» adlanır. Bu zaman insan özünü həmişə yorğun hiss edir, depressiyaya meyilli, yuxulu olur, immunitet aşağı düşür, dərisi quruyur. Xəstəliyin yaranmasına səbəb düzgün qidalanmamaq, stress və az hava almaqdır. Avitominozdan əziyyət çəkənlər bunu ev şəraitində sağalda bilərlər.

Axşam.az xarici mətbuata istinadən vitamin çatışmazlığını aradan qaldıracaq məlhəmlər təqdim edir:

· 1 stəkan qaynar su götürüb, içərisinə itburnu və quşarmudu töküb dəmləyin. 4 saat saxladıqdan sonra gündə 3 dəfə bu məlhəmdən yarım stəkan için.

· Tozağacı yarpaqlarını yuyub, xırda doğrayın. Yarpaqdan 100 qr. götürüb, 1 stəkan qaynar suya töküb, vam odda qaynadın. Gündə 2 dəfə bu məlhəmdən 1 stəkan için.
 
· 2 xörək qaşığı qara qarağatı 1 stəkan qaynar suya töküb, 2 saat saxlayın. Bu məlhəmi gün ərzində bir neçə dəfə içmək avitominozu sağaldacaq.

· Mərsindən, itburnudan və gicitkəndən eyni miqdarda götürüb, qarışdırın. Qarışıqdan 4 çay qaşığı ayırıb, 1 stəkan qaynar suya töküb, 3-4 saat saxlayın. Məlhəmdən gündə 3 dəfə içmək lazımdır.

· Basınağacı meyvəsini qurudub əzin. 1 xörək qaşığı məlhəmdən götürüb, 1 stəkan qaynar suya töküb dəmləyin. Məlhəmdən gündə 3 dəfə yarım stəkan içmək orqanizmi vitaminlərlə təmin edir.