Günel Behbudova ilə müsahibə+fotosessiya

Günel Behbudova ilə müsahibə+fotosessiya
10588 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış modelyer Günel Behbudovanın Axşam.az saytına müsahibəsi.

- Neçə ildir modelyer kimi fəaliyyət göstərirsiniz?

- 13 yaşımdan bu sahədə çalışıram. Dörd ildir ki, şəxsi atelyem və butikim fəaliyyət göstərir.

- Libasların eskizlərini necə yaradırsınız?

- Hamısı öz ideya və fantaziyamın məhsuludur. Hansısa bir eskizi yaradarkən müasir dəbin tələblərini də nəzərə alıram. Bir libası hazırlayarkən rəng uyğunluğuna, onu geyinəcək xanımın zövqünə, yaşına, bədən ölçüsünə, istifadə ediləcək parçaların vəhdətinə önəm verirəm. Libas mütləq dəbə uyğun olmalıdır. Onu geyinəcək xanıma yaraşmalıdır.

- İndiyədək ideal hesab etdiyiniz əl işiniz olubmu? Yoxsa xəyalınızdakı libası hələ yarada bilməmisiniz?

- Hər yeni kolleksiyada fərqli ideyalar ortaya çıxır. İdeal hesab etdiyim paltarım çox olub. Amma mövsüm və dəb dəyişəndə həmin paltarın ideallığı qalmayıb. Yaratdığım digər eskiz gözümdə ideallaşıb.

- Müasir modelyerlər arasında ən çox kimin işlərini bəyənirsiniz?

- Hər birinin öz daxili aləmi, dəsti-xətti var. İstənilən modelyerin işi xoşuma gələ bilər.

- Gördüyüm qədərilə qlamur həyat tərzini sevirsiniz. Bu dəbdəbədən yorulub sakit bir yerə çəkildiyiniz anlar olur?

- Əslində bunu o qədər də xoşlamıram. Dəvət olunduğum tədbirlərə məcburən getməli oluram. Çox vaxt öz atelyemdə əl işləri hazırlamaqla, ya da rəsm çəkməklə vaxtımı keçirirəm. Mən öz işimlə yorulub, onunla da dincəlirəm.

- İstirahət zamanlarınızı necə keçirirsiniz?

- Daha çox ailəmlə birlikdə təbiət qoynunda olmağı, xarici ölkələrə səyahət etməyi sevirəm.

- Hazırladığınız libasların qiymətləri çox bahadır?

- Kolleksiyamızda hər zövqə və qiymətə uyğun əl işlərimiz yer alır.

- Deyirlər, yaradıcı insanlar sevgidən ilhamlanırlar. Sizə ilham verən sevginiz var?

- Yoxdur… Gördüyüm hər bir gözəllikdən ilham alıram.

- Özünüz üçün necə bir gəlinlik hazırlamağı arzulayırsınız?

- Bu, sirr olaraq qalsın.

Zəhra ƏHMƏDOVA

Foto: Bəhruz ƏLİZADƏ