Kərim bu yolla arıq qalır

Kərim bu yolla arıq qalır
3783 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Kərim Abbasov formada qalmaq üçün ciddi pəhriz saxlayır.

Axşam.az-ın məlumatına görə, ifaçı arıqlamaq sirrini “İncə+” verilişində açıqlayıb.

Hər gün idman etməklə yanaşı, sənətçi bəzi qidalardan da imtina edib:

“Axşam saat 6-dan sonra yemək yemirəm. Yağı qidanı rasionumdan tamamilə çıxarmışam. Ancaq suda bişmiş tərəvəzlər, balıq, toyuq və ət yeyirəm. Pəhriz zamanı şirniyyat yemək olmaz. Amma tək zəif cəhətim budur. Hətta gecə saat 3-4-də ürəyim şirniyyat istəyəndə, gedib mağazadan alıb yeyirəm. Yoxsa yata bilmərəm. Hazırda 82 kiloqramam. Nə qədər pəhriz saxlasam da, bundan aşağı düşə bilmirəm”.