“Bozun 50 çaları”nın qəhrəmanı növbəti hissələrə çəkilmək istəmir

“Bozun 50 çaları”nın qəhrəmanı növbəti hissələrə çəkilmək istəmir
2160 dəfə oxunub
  • A-
  • A
  • A+
El Ceymsin eyniadlı romanı əsasında çəkilmiş “Bozun 50 çaları” filmi ətrafında qalmaqallar səngimək bilmir.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, filmin qəhrəmanını canlandıran aktyor Ceymi Dornan növbəti hissələrdə çəkilmək istəmir. 32 yaşlı aktyorun bu addımına səbəb kimi isə həyat yoldaşı Amelinin narazılığı göstərilir. Ailəyə yaxın mənbə bildirib ki, “Bozun 50 çaları”nın nümayişindən sonra qızların Ceymiyə artan marağından narahat olan Ameli bu şöhrəti həzm edə bilmir.

Qeyd edək ki, ekran işinin daha iki hissəsinin çəkiləcəyi gözlənilir.