Dəniz Səkiyə nəzarət gücləndirildi

Dəniz Səkiyə nəzarət gücləndirildi
3850 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Dəniz Səkinin əməliyyat olunmaq üçün yerləşdirildiyi İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsi Xəstəxanasında güclü nəzarət sistemi qurulub.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, sənətçinin qaldığı otağın pəncərəsinə dəmir barmaqlıq vurulub. Bundan başqa, qapıya 3 polis əməkdaşı nəzarət edir.

Qeyd edək ki, narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum olunmuş Dəniz Səki onkoloji xəstəliklərdən əziyyət çəkir. Onun nə vaxt əməliyyat olunacağı hələ bilinmir.