Cennifer makiyajsız belə görünür - fotolar

Cennifer makiyajsız belə görünür - fotolar
2797 dəfə oxunub
  • A-
  • A
  • A+

“Oskar”lı aktrisa Cennifer Lourensin makiyajsız halı paparatsilərin gözündən qaçmayıb. 

Axşam.az "Dailymail"-ə istinadən xəbər verir ki, “Aclıq oyunları” filminin ulduzu qarlı havadan istifadə edərək iti ilə gəzintiyə çıxıb. Ancaq hava şaxtalı olduğundan aktrisa itini yerə qoymağa qıymayıb və bütün gəzinti boyu qucağında gəzdirib. Paparatsilərin diqqətini isə əsasən 24 yaşlı Lourensin makiyajsız halı ilə də gözəl görünməyi çəkib.

Qeyd edək ki, amerikalı aktrisa Cennifer Lourens uzun müddətdir ki, “Dior” brendinin simasıdır.