Rihanna ad gününü DiKaprio ilə keçirib

Rihanna ad gününü DiKaprio ilə keçirib
2528 dəfə oxunub
  • A-
  • A
  • A+

Pop ulduz Rihanna ad gününü aktyor Leonardo DiKaprio ilə keçirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni 27 yaşını bir müddətdir sevgili olduqları deyilən aktyorun təşkil etdiyi qonaqlıqda qeyd edib. Gecədə Mİk Caqqer, Naomi Kempbell, Peris Hilton, Cey Zi, Beyons, Cim Kerri və başqa ulduzlar iştirak edib.

Ad günündə Rihanna və Leonardo hətta rəqs edib, mahnı oxuyublar

Bu arada barbadoslu sənətçinin keçmiş sevgilisi müğənni Kris Braun Rihanna və DiKaprio arasındakı sevgi münasibəti haqda fikrini bildirib:

"Mən onun şəxsi həyatına hörmət edirəm. Gəzən söz-söhbəti eşitmişəm. Əgər elədirsə, irəliyə doğru atılmış addımdır".

Xatırladaq ki, Qərb mediası iki məşhur ulduzun ilin əvvəlindən eşq yaşadığını iddia edir.