“Rəfiqələrim ərə getdilər, mən evdə qaldım”

“Rəfiqələrim ərə getdilər, mən evdə qaldım”
3337 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan almaniyalı aparıcı Asuman Krause alış-veriş mərkəzində görüntülənib.

Axşam.az “Hürriyət”ə istinadən xəbər verir ki, tanınmamaq üçün əsgər gödəkcəsi geyinib, başına papaq taxan Krause müxbirlərin şəxsi həyatı ilə bağlı suallarını cavablandırıb:

"Heç bir dəyişiklik yoxdur. Hələ də subayam. Bütün rəfiqələrim ərə getdilər, amma mən yox. Yəqin, evdə qaldım”.

Uzun müddətdir ekranlarda görünməyən aparıcı ona təklif olunan layihələri bəyənmədiyini deyib:

“Yaxşı layihə olsa, əlbəttə ki, qəbul edərəm. Amma hələ belə təklif gəlməyib”.