"Kamil qışqıranda elə bildilər terroristik" - Gülay

"Kamil qışqıranda elə bildilər terroristik" - Gülay
11022 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülay Zeynalovaya fərqli suallar ünvanladıq.

Axşam.az sənətçinin maraqlı cavablarını təqdim edir:

- Heç vaxt reallaşmayacaq arzun...

- Bu günə kimi nə arzulamışamsa, olub.

-  Həyatında unudabilmədiyin gülməli hadisə...

- İstanbula getmişdik. Dənizdə qara dərili insanlar var idi. Birdən Kamil “aa bomba” deyə qışqırdı. Rus turistlər elə bildi ki, terroristik.

- Gecə yuxuda kimi görəndə qorxursan?

- Əzraili...

- Tez varlanmağı çarəsi nədir?

- Oğurluq. O da bir dəqiqə çəkir.

- Dünyanı gözəlləşdirmək üçün nə edərsən?

- Öz daxilini gözəlləşdirmək lazımdı. Onda dünya da gözünə qəşəng görünəcək.

- Özünü hansı cizgi film qəhrəmanına bənzədirsən?

- Tık-tık xanım.

- Hansı heyvan insandan yaxşıdır?

- Bütün heyvanlar Allahın yaratdığı varlıqdır. Onun pisi-yaxşısı yoxdur.

- Pis əhvalını necə yüksəldirsən?

- Əkizlər bürcündənəm. Əhvalım pis oldusa, heç nə yüksəldə bilməz.