Ərinin başqa qadınla nikahda olduğu üzə çıxdı

Ərinin başqa qadınla nikahda olduğu üzə çıxdı
9035 dəfə oxunub
  • A-
  • A
  • A+
Sevgililər günündə iş adamı həyat yoldaşı Ümid Aslanla Ümrəyə ziyarətə gedən türkiyəli model Ceren Hindistanın sosial şəbəkədə paylaşdığı foto qalmaqala səbəb olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, model şəklə “İzaholunmaz hiss. Allah ərimdən razı olsun. Sevgililər günündə mənə əsl eşqi yaşatdı” sözlərini yazmışdı.

Bu zaman məlum olub ki, Ü.Aslanın doğulduğu Van şəhərində dini nikahda olduğu başqa həyat yoldaşı da var. Günəş adlı qadın şəkli gördükdən sonra ərinin uşaqlarına baxmadığını iddia edərək ona qarşı təzminat davası açıb.

O, Ü.Aslandan aylıq 10 min lirə (təxminən 4265 manat) aliment, 500 min lirə (təxminən 21 min manat) isə təzminat tələb edib.

Qeyd edək ki, iş adamı ilə kəbin kəsdirən və rəsmi nikaha hazırlaşan C.Hindistanın bütün bunlardan sonra şoka düşdüyü deyilir.