"Gözələm, ya yox, bunu bilmirəm"

"Gözələm, ya yox, bunu bilmirəm"
3154 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Atiyə “Women’s Health” jurnalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, karyerasına çətinliklə başladığını bildirən ifaçı mahnılarının çoxunu atasının bəstələdiyini deyib:

“Səhnədə olmaq uşaqlıq xəyalım olub. Bu arzumu, çox şükür, gerçəkləşdirdim. Mahnılarımın çoxunu da atam bəstələyir. Əslində o, iş adamıdır. Amma bu cür istedadı var. Müğənnilik etməsəydim, hansı yolla olursa-olsun yenə də səhnəyə çıxardım: ya rəqqasə, ya da aktrisa kimi”.

Atiyə gözəllik sirlərini də bölüşüb:

“Gözələm, ya yox, bunu bilmirəm. Evdə olanda makiyajdan istifadə etmirəm. Üz dərimə istirahət verirəm. Təbii məhsullardan istifadə edirəm. İldə bir dəfə saçımı kəsdirirəm. Onları boyamıram, öz rəngidir”.

Müğənni açıqfikirli kişiləri bəyəndiyini deyib:

“İnsanların nə fikirləşdiyini üzə demələri çox önəmlidir. Hər halda arxayca danışmaqdan yaxşıdır. Nikbin adamları sevirəm. Həyatıma daxil olacaq kişi sevgi dolu, heyvansevər, dürüst, kamil, açıqsözlü və pozitiv biri olmalıdır”.