Ledi Qaqa nişanlısından danışdı

Ledi Qaqa nişanlısından danışdı
2193 dəfə oxunub
  • A-
  • A
  • A+

Sevgililər günündə aktyor Teylor Kinni ilə nişanlanan müğənni Ledi Qaqa nəhayət mətbuata açıqlama verib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Qaqa aldığı qeyri-adi evlilik təklifindən ilk dəfə danışıb. Nişanlısının əvvəlcə ona oyuncaq üzük verdiyini deyən müğənni o anı belə xatırlayıb:

“Bu möhtəşəm idi, mən hətta göz yaşlarımı saxlaya bilmədim. Mən “hə” cavabını verəndən sonra o, cibindən ürək formasında kəsilən brilyant qaşlı üzüyü çıxartdı. Ancaq mən konfetə də razı idim”.

Müğənni nişanlandıqdan sonra həyatının yaxşı istiqamətdə dəyişdiyini vurğulayıb və “Oskar” mükafatlarında taxdığı qəribə əlcəklərə görə üzüyünün görünməməyini belə izah edib:

“Hər şey nişandan əvvəl hazırlanmışdı. Mən də o cür görünmək istəyirdim deyə dəyişmədik”.