"Yaprak dökümü"nün aktyoru küçədə qaldı

"Yaprak dökümü"nün aktyoru küçədə qaldı
10856 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yaprak dökümü" serialının məşhur aktyoru Halil Ergünün milyon dollarlıq villası güclü qar yağdığı üçün çöküb.

Axşam.az-ın "Habertürk"ə istinadən məlumatına görə, aktyor yatdığı zaman qonşuları ona zəng edərək "Cəld evdən qaç" xəbərdarlığı ediblər. Boğaz mənzərəli evindən tələsik çıxan H.Ergün ölümdən son anda qurtulduğunu deyib:

"Həyətdəki bağçam tamamilə məhv olub. Aşağıda maşınlar əzilib, ev ciddi ziyan görüb. Günlərdir zəlzələ dövründəki kimi evimə girə bilmirəm".