"Nizami" kinoteatrında "Xoca" və "Dolu" filmləri - giriş pulsuzdur

"Nizami" kinoteatrında "Xoca" və "Dolu" filmləri - giriş pulsuzdur
1027 dəfə oxunub
  • A-
  • A
  • A+

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar pulsuz filmlər nümayiş olunacaq.

Kino Mərkəzindən Axşam.az-a verilən məlumata görə, sabahkı filmlərin repertuarında bəzi dəyişikliklər edib. 

Belə ki,  Kino Mərkəzdə fevralın 26-da Azərbaycanın Milli qəhrəmanları Fazil Mirzəyev, Şirin Mirzəyev və Asif Məhərrəmov haqqında çəkilmiş sənədli filmlər, həmçinin Elvin Abdullayevin Xocalı faciəsinə həsr olunmuş “Məriz” qısametrajlı filmi, Aqil Abbasın “Dolu” və Vahid Mustafayevin “Xoca” bədii filmləri  nümayiş olunacaq. Repertuarda olan digər filmlər isə dayandırılıb.

Seanslara giriş pulsuzdur.