Sabah Bakıda bu küçələrdə hərəkət qadağan olunacaq

Sabah Bakıda bu küçələrdə hərəkət qadağan olunacaq
1967 dəfə oxunub
  • A-
  • A
  • A+
Azərbaycanın tarixi yaddaşına qanla yazılmış Xocalı faiciəsinin 23-cü ildönümü ilə əlaqədar olaraq fevralın 26-da Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Axşam.az-ın məlumatına görə, bu barədə Avtosfer.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib.
 
Onun bildirdiyinə görə, fevralın 26-da saat 7-dən tədbir tam başa çatanadək Xocalı prospektində yerləşən “Ana harayı” abidəsinin önündə keçiriləcək ümumxalq hüzn mərasimində iştirak edənlərin rahat, təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Xətai rayonu, Xocalı prospekti və ona kəsişən küçə və yollarda - Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Sergey Senyuşkin, İzzət Orucova, Fəzail Bayramov, Sabit Orucov küçələrindən Xocalı prospektinə doğru hərəkətə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

BŞDYPİ vətəndaşlara göstərilən istiqamətlərdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etməyi və ictimai nəqliyyata üstünlük verməyi tövsiyə edir.