Madonna səhnədə yıxıldı - video

Madonna səhnədə yıxıldı - video
3574 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünya şöhrətli müğənni Madonna “Brit Music Awards” mükafatlandırma mərasiminin səhnəsində xoşagəlməz hadisə ilə üzləşib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, rəqs qrupu ilə birlikdə səhnəyə çıxan pop ulduz pelerininin bağlarını aça bilməyib. Rəqqaslar isə pelerini ssneariyə uyğun olaraq arxadan dartıblar. Lakin bu zaman Madonna pilləkandan yerə yıxılıb.

Daha sonra ayağa qalxan ifaçı heç nə olmamış kimi şousuna davam edib.

O, sosial şəbəkədə yıxılarkən çəkilmiş fotosunu paylaşaraq “Mənim gözəl pelerinim möhkəm bağlanıbmış. Ancaq məni heç nə saxlaya bilməz. Sizin sevginiz ayağa qalxmağıma kömək oldu. Xoş niyyətləriniz üçün təşəkkür edirəm” sözlərini yazıb.