İlham Əliyev "Xocalı" abidəsini ziyarət edib - fotolar

İlham Əliyev "Xocalı" abidəsini ziyarət edib -  fotolar
1993 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonu ərazisindəki “Xocalı” abidəsini ziyarət edib.

Axşam.az-ın məlumatına görə, ölkə başçısı abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Türkiyənin ölkəmizdə səfərdə olan xarici işlər naziri Mövlud Çavuşoğlu abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.

Mənbə: AzərTac