İnsan beyni transplantasiya ediləcək

İnsan beyni transplantasiya ediləcək
1271 dəfə oxunub
  • A-
  • A
  • A+

İtaliyalı neyrocərrah Serxio Kanavero bəyan edib ki, 2017-ci ildə insan başının ilk transplantasiyasını həyata keçirə biləcək.

Axşam.az Trend-ə istinadən xəbər verir ki, onun metodu bir meymunun başının digərinin bədəninə artıq uğurla köçürdüyü əməliyyatına əsaslanır. Meymun yeni başı ilə 9 gün yaşayıb, lakin onun immun sistemi yad orqandan imtina edib.

S.Kanavero müasir tibbdə sıçrayış ola biləcək layihənin təfərrüatlarını ABŞ-da keçiriləcək konfransda təqdim edəcək.

O əmindir ki, pasiyent özünə gəldikdən sonra öz üzünü hiss edəcək və təqribən 1 il ərzində yenidən yeriyə biləcək.