Yaz havası gəlir

Yaz havası gəlir
2326 dəfə oxunub
  • A-
  • A
  • A+

Yaxın 2-3 gün ərzində Azərbaycanda cənub-qərb küləyinin əsməsi ilə əlaqədar havanın temperaturunun yüksələcəyi gözlənilir.
 
Yaxın günlərdə müşahidə ediləcək temperatur iqlim norması daxilində və bir qədər yüksək olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axşam.az-a verilən məlumata görə, fevralın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq rayonlarında havanın çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 8-13, bəzi yerlərdə 15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, gündüz 8-13 dərəcə isti olacaq.