"Survivor"a niyə qatılmadığını açıqladı

"Survivor"a niyə qatılmadığını açıqladı
5735 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur aktyor, 2012-ci il "Survivor"un qalibi Nihat Altuğ "Kanaltürk"də qonaq olub.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, o, bu il keçirilən "Survivor All Star"a qatılmamasının səbəblərini açıqlayıb:

"İddia edirlər ki, mən həbsxanada olmuşam, xaricə çıxmağıma qadağa qoyulub və buan görə yarışmaya qatılmamışam. Amma elə bir şey yoxdur. 10 il əvvəl polis babamın silahını üstümdə tutduğu üçün məhkəmə oldu. Keçən il məhkəmə sona çatıb. Buna görə gedib sənəd işlərini hall etdim. Heç bir gün də həbsdə qalmadım. Sərbəst buraxıldım, amma aprelə qədər hər həftə gedib imza atmalıyam. Xaricə çıxmağıma isə heç bir qadağa yoxdur. Bunun üçün icazə alıb istədiyim yerə gedə bilirəm."Survivor"u qəbul etməməyimin səbəbi ailəm və həyat yoldaşımdır. Keçən dəfə iştirak edəndə anam xəstələnmişdi, bu səbəbdən ailəmdən uzaqda qalmaq istəmirəm".